“Qarabağ”ın müdafiəçisi Polşa klubuna transfer edilib
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yeni transfer olunduğu Polşanın LKS klubuna yanvarın 20-də qoşulacaq. “Qarabağ”dan transfer edilən 28 yaşlı müdafiəçi Türkiyədə təlim-məşq toplanışı keçəcək yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz klubu orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.
Fərid Mehdiyev