“Qarabağ”ın futbolçusu Simyon Slavçev karyerasını Polşada davam etdirə bilər

2019-12-02 14:03

“Qarabağ”ın futbolçusu Simyon Slavçev karyerasını Polşada davam etdirə bilər. Qurban Qurbanovun son vaxtlar “11-lik”də yer vermədiyi legioneri Bolqarıstanın “Levski” klubunun da istədiyi vurğulanır. “Qarabağ” futbolçu ilə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb.

Ruhəngiz Hacızadə