“Qarabağ”ın cari mövsümdə avrokuboklarda qazancı müəyyənləşib
“Qarabağ”ın 2023/2024 mövsümündə avrokuboklarda qazancı açıqlanıb. Azərbaycan çempionu indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib. Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376 min avro klubun büdcəsinə köçürülüb. Qrupda ikinci yeri tutmaq “Qarabağ”a 550 min, pley-offa yüksəlmək isə 500 min avro qazandırıb.
Fərid Mehdiyev