“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibləri bəlli olub
2020-10-02 16:08
İsveçrənin Nyon şəhərində 2020-21-ci il UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan təmsilçisi "Qarabağ" I qrupunda yer alıb. "Qarabağ"ın rəqibləri "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) komandaları olub. Qrup mərhələsinin ilk turu oktyabrın 16-da keçiriləcək.
Nərgiz Camal