“Qar yağması normal hidrometeoroloji haldır”- Gülşad Məmmədova

2019-09-10 12:37

Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qar yağması normal hidrometeoroloji haldır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb. Qax və Şəki rayonlarının özünə isə qar yox, yağış yağıb, hazırda çiskinli hava şəraiti müşahidə edilir.

Vüsalə Camal