“Qalatasaray”da sabah sabah keçirilməsi planlaşdırılan prezident seçkiləri ləğv edilib
2021-04-29 16:12
“Qalatasaray”da prezident seçkiləri növbəti dəfə ləğv olunub. Apelyasiya Məhkəməsi bu barədə qərar qəbul edib. Daha əvvəl Aprelin 19-da ayın 30-dakı proses ləğv edilmiş, üç gün sonra isə klubun etirazı qəbul olunaraq, seçkilərin təyin olunan vaxtda keçirilməsi qərara alınmışdı. Lakin İdarə Heyətinin üzvü Fırat Develioğlu məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə seçkilərin ləğv edildiyini açıqlayıb.
Nərgiz camal