“Qalatasaray” qapıçısı Fernando Muslera ilə müqaviləni uzadacaq
2020-04-22 14:07
“Qalatasaray” qapıçısı Fernando Muslera ilə müqaviləni uzadacaq. Uruqvaylı bu barədə rəhbərliklə razılaşıb. Məlumata görə, İstanbul klubu Muslera ilə anlaşmanı daha iki il artıracaq. 2011-ci ildən “Qalatasaray”da çıxış edən 33 yaşlı qolkiper karyerasını burada bitirmək niyyətindədi. Təcrübəli qapıçı yeni müqaviləyə görə daha az maaş alacaq.
Nərgiz Camal