“Qalatasaray” klubu bir neçə futbolçusu ilə yollarını ayırmaq fikrindədir
2020-12-25 14:00
Qış transfer dönəminin çalışmalarına başlayan “Qalatasaray” klubu bir neçə futbolçusu ilə yollarını ayırmaq fikrindədir. Super Liqa təmsilçisi bununla yeni transferlər üçün heyəti boşaltmağı planlaşdırır. Baş məşqçi Fatih Terim Radamel Falkao və Mbaye Dianın satılmasını istəyib. “Qalatasaray” hazırda Super Liqada 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Nərgiz Camal