“Qalatasaray” “Qarabağ”a məxsus Avropa rekordunu təkrarlaya bilər
Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə seriyasını təkrarlaya bilər. İstanbul təmsilçisinə bunun üçün Super Liqanın növbəti matçında qalibiyyət kifayət edəcək. Hazırda Avropa rekordu mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 görüşündə büdrəməyən “Qarabağ”a məxsusdur. Ümumilikdə Avropanın 11 klubu cari mövsüm ardıcıl minimum 10 qalibiyyət əldə edə bilib. “Qarabağ”ın başçılıq etdiyi siyahıda “Qalatasaray” istisna olmaqla, digər komandaların hamısının seriyası dayanıb. “Qalatasaray” Türkiyə çempionatında növbəti oyununu martın 11-də keçirəcək.
Vüsalə Cənnətova