“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib
2020-12-25 12:08
Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib. Nizam-İntizam Komitəsinin qərarına görə, təcrübəli mütəxəssis 5 oyunluq uzaqlaşdırma alıb, 45 min 500 lirə məbləğində cərimələnib.
Nərgiz Camal