“Qəbələ” idman klubunun MMA döyüşçüsü növbəti qələbəsini qazanıb
2021-04-12 12:03
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İdmançımız Moskvada rusiyalı Şamil Amirovu məğlub edib. Bununla da təmsilçimiz yüngül, 70 kq çəki dərəcəsində çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11, ümumilikdə isə 29-cu döyüşündə 26-cı zəfəridir.
Vüsalə Camal