Canlı
“Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş “Qalatasaray”a qayıdıb

2017-12-29 / 18:15

“Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş “Qalatasaray”a qayıdıb. Təcrübəli mütəxəssis yenidən “cim-bom”un futbol akademiyasına nəzarət edəcək. Yavaş əsas komandanın baş məşqçisi Fatih Terimin istəyi ilə kluba dönüb. Arda Turan, Uğur Uçar və Sabri Sarıoğlu kimi oyunçuları kəşf etmiş Ali Yavaş 2009-cu ildən 2012-ci ilə qədər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib.

Vüsalə Camal