“Qırmızı Körpü” gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış zamanı 39 adda bəyan edilməmiş dərman, vitamin, spirtli içki və siqaretlər aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
20 noyabr 2026

