Əmtəə dövriyyəsinin rəqəmləri bizi məmnun edə bilməz. Lakin nəzərdə tutduğumuz o planlar, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Bu barədə Bişkekdə Prezident İlham Əliyev Qırğız həmkarı Sadır Japarovla Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında deyib. "Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz" - bu sözləri isə Qırğızıstan Prezidenti Sadır Japarov deyib. İki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qırğızıstan arasında sənədlər də imzalanıb. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.