“Pekin-Paris” avtomobil rallisinin ən yaşlı avtomobili Azərbaycanda yanıb
“Pekin-Paris” avtomobil rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan "American LaFrance Type 10" Azərbaycanda yanıb. Bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.
Fərid Mehdiyev