“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırıb
Yunanıstanın “Panatinaikos” klubu türkiyəli məşhur mütəxəssis Fatih Terimlə yollarını ayırıb.
Terim uğursuz nəticələrə görə klubdan göndərilib. “Panatinaikos” türkiyəli mütəxəssisin rəhbərliyi altında Yunanıstan Superliqasının son turunda PAOK-a 1:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.
Fərid Mehdiyev