Canlı
“Paşinyanın dedikləri Düşənbədə baş tutmuş söhbətin ruhuna uyğun gəlmir” - XİN

2018-10-12 / 08:34

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirdi. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistan Baş nazirinin çıxışını şərh edərkən bildiriblər. Qeyd olunub ki, bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir.

Vəfa Şairova