“Oskar” mükafatı laureatı Rassel Krou Qarabağ məsələsində Azərbaycana dəstək olub
2020-10-23 11:05
Məşhur aktyor və rejissor, “Oskar” mükafatı laureatı Rassel Krou Qarabağ məsələsində Azərbaycana dəstək olub. İnstaqram hekayəsində Cem Yılmaz, Yılmaz Ərdoğan kimi məşhur türkiyəli həmkarları ilə bərabər fotosunu paylaşan Krou bu sözləri yazıb: “Mən müharibənin əleyhinəyəm. Həm indi, həm də 30 il bundan əvvəl. Siyasətçilər başa düşməlidirlər ki, BMT-nin qətnamələri kağız parçası deyil”.
Nərgiz Camal