“Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”. Müdafiə Nazirliyi
2020-10-05 11:05
Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur. Müdafiə Nazirliyi bununla əlaqədar bildirir ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.
Nərgiz Camal