“Napoli” uduzdu, “İnter” qalib gəldi
İtaliya A Seriyasında 12-ci tur başa çatıb. “Udineze” – “Atalanta” oyunu 1:1, “Latsio” – “Roma” görüşü isə 0:0 hesabı ilə yekunlaşıb. “Napoli” evdə son dəqiqə qolu ilə “Empoli”yə minimal hesabla uduzub. “Fiorentina” doğma meydanda “Bolonya”nı 2:1, “İnter” isə “Frozinone”ni 2:0 məğlub edib. Dimarkonun 43-cü dəqiqədə vurduğu qolu isə həqiqətən görməyə dəyər. Püşkaşa namizəd bir qoldan gedir söhbət. Hazırda 31 xala malik “İnter” vahid liderdir. 29 xalı olan “Yuventus” ikinci, 23 xala malik “Milan” 3-cüdür.
Emin İsazadə