“mygov” komandası Gəncədə vətəndaşlarla bir araya gəlib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “mygov Vətəndaş Təcrübəsi Mərkəzi” layihəsi çərçivəsində platforma istifadəçiləri ilə ikinci görüş Gəncə şəhərində keçirilib.Layihənin məqsədi “mygov” platformasını vətəndaşların rəy və təklifləri əsasında təkmilləşdirmək, dövlət xidmətlərinin hazırlanması və inkişafında istifadəçi təcrübəsini daha geniş nəzərə almaqdır.Görüşdə müxtəlif yaş və peşə qruplarından olan iştirakçılar platformadan istifadə təcrübələrini bölüşərək xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Həmçinin Azərbaycan Dəmir Yollarının dəstəyi ilə Bakı–Gəncə marşrutu üzrə qatar reyslərində də vətəndaşlarla interaktiv görüşlər təşkil olunub.
30 iyun 2026

