“Murovey” markalı motosikleti yolun kənarında dayanmış “Hyundai” markalı avtomobilə vurub
2021-01-31 14:09
Şəmkirin Seyfəli kəndində Gəncə sakini Elşən Quliyev idarə etdiyi “Murovey” markalı motosikleti yolun kənarında dayanmış “Hyundai” markalı avtomobilə vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cəlilabadın Sabirabad kəndində isə evdə təmir işləri aparan Biləsuvar sakini, 33 yaşlı Ceyhun Orucov elektrik cərəyanı vurması nəticəsində həlak olub. Daha bir xoşagəlməz hadisə Qazaxda baş verib. 11-ci sinif şagirdi, 17 yaşlı Yolçuyev Yunis Xəqani oğlu 16 yaşlı, 10 sinif şagirdi Vəliyev Qaraca Namiq oğlu tərəfindən bıçaqlanıb.
Vüsalə camal