“Mingəçevir Reqatası-2023”: ikinci günün proqramı açıqlanıb
“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində ikinci günün proqramı açıqlanıb. 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar bu gün 3 yaş qrupunda mübarizə aparacaqlar. Onlar kayak, kanoe və akademik avarçəkmə qayığında müxtəlif məsafə yarışlarında iştirak edəcəklər. Reqataya oktyabrın 27-də yekun vurulacaq.
Nərgiz Camalzadə