“Milan”nın Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib
2020-04-22 12:06
“Milan”nın Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib. İtaliya kollektivi onunla müqavilə imzalamayacaq. Məlumata görə, klub rəhbərliyi icarə əsasında heyətdə çıxış edən bütün futbolçuları öz komandalarına qaytaracaq. 33 yaşlı qolkiper də müqavilə ilə məxsus olduğu “Bornmut”a dönəcək. Yanvarda İtaliyaya gedən Beqoviç “Milan”ın heyətində iki oyun keçirib. Xatırladaq ki, bosniyalı mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib.
Vəfa Şairova