“Mercedes”lə yük maşını toqquşub, yaralı var
Balakənin Qullar kəndində rayon sakinləri - İsrafil Aydın oğlu Sayılovun idarə etdiyi “Mercedes” ilə Vahid Rəcəb oğlu Məmmədovun idarə etdiyi iritonnajlı yük maşını toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü sükan arxasında sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılıb. Aydın Sayılov Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nərgiz Camalzadə