“Mançester Siti” İngiltərə futbolunda yeni rekorda imza atıb

2019-01-10 / 12:04

“Mançester Siti” İngiltərə futbolunda yeni rekorda imza atıb. Pep Qvardiolanın yetirmələri daxili kubok yarışlarının yarımfinalında ən böyükhesablı qələbənin müəllifi olub. Şəhərilər Liqa kubokunda “Barton”u 9:0 hesabı ilə yenib. Bir neçə gün öncə İngiltərə kubokunda “Rotterhem”i 7:0 hesabı ilə məğlub edən komanda ardıcıl iki darmadağına imza atıb. Bunadək İngiltərədə ardıcıl iki dəfə 7 və daha çox qol vuran sonuncu klub “Lids” olmuşdu. Bu 52 il öncə - 1967-ci ilə qeydə alınmışdı.

Ruhəngiz Hacızadə