“Mən erməni hakim rejiminə bildirmək istəyirəm ki, onların bu avantürası da boşa çıxıb”- Xələf Xələfov
2020-07-23 14:00
“Mən erməni hakim rejiminə bildirmək istəyirəm ki, onların bu avantürası da boşa çıxıb. Dünyanın sivil ölkələri heç vaxt imkan verməzlər ki, onların ölkələrində qanunun aliliyi, beynəlxalq hüquqa hörmət, irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Bu fikirləri Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib. Nazir müavininin sözlərinə görə, ABŞ-da ermənilərdən fərqli olaraq Azərbaycan tərəfindən vətənpərvər insanları dinc yolla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirlər.
Nərgiz Camal