“Liverpul” 16 yaşlı hücumçu alır
2020-01-25 16:09
İngiltərənin “Liverpul” klubu yeni hücumçu transfer edəcək. Premyer Liqa təmsilçisi Keyd Qordonu heyətinə qatacaq. 16 yaşlı forvard hazırda “Derbi”də çıxış edir. “Liverpul” yeniyetmə istedad üçün 1 milyon funt sterlinq ödəyəcək. Qordonu “Mançester Yunayted”lə “Tottenhem” transfer etməyə çalışsa da, mersisaydlılar onları qabaqlayır.
Fərid Mehdiyev