“Liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasını alqışlayıb. Bu barədə siyasətçi sosial şəbəkədə yazıb. “İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib. ABŞ da Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır. Bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib. “Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir.”, – sənəddə qeyd olunub.
Azad Mustafayev