“Kurtlar Vadisi Pusu” ssenaristləri ifadə verəcək
“Kurtlar Vadisi Pusu” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan Milli Kəşfiyyat Təşkilatının keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən açılan istintaq çərçivəsində ifadə verəcəklər.İstintaq 2011-ci ildə həbsxanada vəfat edən Kozinoğlunun ölümü ilə bağlı aparılır. Qeyd olunur ki, onun ölümündən cəmi üç gün əvvəl yayımlanan serial bölümündə “Kaşifoğlu” adlı obrazın öldürülməsi göstərilib.
14 sentyabr 2026

