“Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”- Bill Qeyts
2020-09-21 10:06
“Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”. “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin sözlərinə görə, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər. “ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə "dönməyəcəyinə" zəmanət veriləcək” deyə Qeyts bildirib.
Fərid Mehdiyev