“Kivi” yükündə külli miqdarda narkotik aşkarlanıb
Astara Gömrük İdarəsinin əməkdaşları “Cənib-Astara” gömrük postunda “kivi” yükü aparan nəqliyyat vasitəsində aparılan yoxlama zamanı xüsusi üsullarla qablaşdırılmış 63 kiloqram 790 qram marixuana aşkar edərək dövriyyədən çıxarıb. Faktla bağlı araşdırmalar davam edir.
06 aprel 2026

