“Keşlə” futbol klubunun baş məşqçisi Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub
2020-12-16 14:10
“Keşlə” futbol klubunun baş məşqçisi Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub. O, hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Hüseynov Premyer Liqada ilin son iki turunda texniki zonadakı yerini tuta bilməyəcək. Gəncə futbol məktəbinin yetirməsi olan 55 yaşlı çalışdırıcı 3 mövsüm öncə Premyer Liqada çıxış edən "Kəpəz"in baş məşqçisi olub.
Nərgiz Camal