“Keşikçidağ” Qoruğu ərazisində tarixi abidələr aşkarlanıb
2020-01-23 10:00
Ağstafanın Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna ötən ilin dekabr ayından avtomobil yolunun çəkilməsinə başlanılıb. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və tədqiqat işləri aparılıb. Bu zaman 5 daş örtüklü kurqan aşkarlanıb. Araşdırmalar tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə , Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.
Vüsalə Camal