“Kəpəz-2” Gəncədə “Qəbələ-2”-ni qəbul edəcək
Azərbaycan birinci divizionunda 18-ci tura start verilir. Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 18-ci tura start veriləcək. Son turlar inamlı təsir bağışlayan “Kəpəz-2”, Gəncə şəhər stadionunun ehtiyyat meydançasında “Qəbələ-2”-ni qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq. Xaliq Mərdanovun yetirmələri ötən tur “Turan-Tovuz”un 2-ci komandasını minimal hesabla məğlub etmişdi. “Kəpəz-2” hazırda 16 oyuna 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Vəfa Şairova