“Kəpəz” komandası Türkiyəyə yollanıb
“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb. Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək.