“Kəpəz” FM 11 yaşını qeyd edir

Bu gün bölgənin ilk eşidilən səsi - “Kəpəz” FM 11 yaşını qeyd edir. Azərbaycanın ilk regional radio kanalı olan “Kəpəz” 2013-cü ilin 5 fevralında Gəncə şəhərində fəaliyətə başlayıb. Radio ötən müddət ərzində kifayət qədər uğurlara imza atıb və dinləyici sayını artırıb. Radio qərb bölgəsində bir ilki həyata keçirərək yenilikçi missiyasını öz üzərinə götürüb. Həm yaradıcı, həm də texniki imkanları ilə dövrün inkişaf dinamikasının tələblərinə cavab verməyə qadirdir. “Kəpəz” FM Azərspace 1 peyki vasitəsilə Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanır. Radioda illərdir ki, musiqili, əyləncəli proqramlar dinləyicilərin zövqünü oxşayır. Gün ərzində dünya və ölkə gündəmində baş verən ən son xəbərlər “Kəpəz Xəbər”də diqqətə çatdırılır. Bir sözlə, “Kəpəz” radiosu yayıma başladığı gündən etibarən dinləyicilərdə musiqi zövqünü formalaşdırmaq, maarifləndirmək missiyasını öz üzərinə götürüb. Və bu yolda inamla irəliləyir.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik