“Kəpəz” Bakıda toplanış keçəcək

2019-08-10 15:45

2019/2020 mövsümünə hazırlığın ilk mərhələsini Gəncədə keçirən “Kəpəz” təlim-məşq toplanışı üçün Bakıya yollanıb. Komanda bu gündən paytaxtda məşqlərə başlayacaq. “Sarı-göylər” hazırlığı “Dalğa Arena”da keçirəcək. Toplanış çərçivəsində Gəncə təmsilçisi 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Fərid Mehdiyev