Canlı
“Kəpəz” Bakıda “Neftçi” ilə görüşə hazırlaşır

2018-05-16 / 19:08

“Kəpəz” Azərbaycan Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir. XXVIII turda evdə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar. Komanda mayın 18-də Gəncəyə gələcək. “Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.

Vüsalə Camal