Canlı
“Kəpəz” Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunun hazırlıqlarına start verib

2018-03-12 / 18:04

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib. Bərpaedici prosedurdan sonra dünən istirahət edən komanda üzvləri bu gün Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb. “Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.

Fərid Mehdiyev