“Kəpəz” 6200 manat məbləğində cərimələnib
Premyer Liqanın XVIII turu çərçivəsində baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. AFFA İntizam Komitəsi “Kəpəz”in 3 futbolçusunu-Elçin Əlicanov, Giorgi Kantariya və Mixeil Erqemlidzeni cəzalandırıb. Bu futbolçular 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Həmçinin, Kəpəz 6200 manat məbləğində cərimə olunub.