“Kəpəz” 6 futbolçu transfer edib
2020-02-04 18:10
“Kəpəz” qış fasiləsi müddətində heyətinə yeni futbolçular cəlb edib. Komanda 6 oyunçu ilə güclənib. “Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu rənglərinə bağlayıb. Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
Vüsalə Camal