“Kəpəz” “Turan Tovuz”u məğlub edib
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. Gəncə şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib. Meydan sahiblərinə qələbəni 47-ci dəqiqədə Viktor Stinya qazandırıb.Qeyd edək ki, Gəncə şəhər stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb. Turun əvvəlki oyunlarında “Qəbələ” – “Şamaxı” matçı 0:0 başa çatıb, “İmişli” “Şəfa”ya 1:0, “Neftçi” isə səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub. III tura bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.“Araz-Naxçıvan” və “Sabah” Qəbələ şəhər stadionunda saat 18:00-da, Sumqayıtda isə saat 20:15-də yerli komanda ilə “Qarabağ” arasında görüş başlayacaq.
31 avqust 2026

