“Kəpəz” - “Qarabağ” matçının bilet qiymətləri açıqlanıb
Futbol üzrə Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.Bu barədə “Kəpəz” futbol klubu məlumat verilib.Biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.Azarkeşlər biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.“Kəpəz” - “Qarabağ” qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.
16 noyabr 2026

