“Kəpəz”in üzvü Azərbaycan milli komandasına dəvət edilib

2019-01-11 / 17:55

“Kəpəz”in üzvü Nicat Verdiyev 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət edilib. Verdiyev yığmanın yanvarın 14-dən 20-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün müəyyənləşən siyahısında yer alıb. Qeyd edək ki, gənc futbolçu U-19 millisinə ilk dəfə çağırılıb.

Vüsalə Camal