Canlı
“Kəpəz” üç futbolçunu rəsmən heyətinə qatıb

2018-01-13 / 16:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz” üç futbolçunu rəsmən heyətinə qatıb. Gəncə klubu Samir Zərgərov, Murad Səttarlı və Roman Hüseynov ilə müqavilə bağlayıb. Düşərgəyə yeni gələn legionerlərdən Sergey Litovçenko və Giuli Manjqaladzenin də “Kəpəz”də qalmasına qərar verilib.

Ruhəngiz Hacızadə