“İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsi imzalanıb
Yaponya səfirliyi və İsmayıllı rayonu arasında “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Layihənin ümumi dəyəri 90 min 646 ABŞ dolları təşkil edir. Bu layihə də daxil olmaqla bu vaxta qədər İsmayıllıda Yaponiya höküməti tərəfindən 14 layihə həyata keçirilib.