“İnstaqram”da vətəndaşların şəkillərini əxlaqsız formada yayacağı ilə hədələyən şəxs saxlanılıb
“İnstaqram”da xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və onları əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb. Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Müəyyən edilib ki, o, özünü kompüter proqramçısı kimi qələmə verib və 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.