“İnstagram”da narkokuryerlik edən 3 nəfər saxlanılıb, 6 kiloqramdan çox heroin götürülüb
“İnstagram”da narkokuryerliyə cəlb edilən paytaxt sakinləri - əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Onlarda 6 kiloqram heroin aşkar edilib. Qusarda saxlanılan 5 nəfərdən də marixuana, heroin və metamfetamin götürülüb.
Nərgiz Camalzadə