Canlı
“İkili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur” – Azərbaycanın bəyənatı

2018-01-12 / 09:59

Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir. Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Azərbaycan nümayəndə heyəti ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib. Nümayəndə heyəti qeyd edib ki, bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur. “Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrıseçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyi”, - deyə bəyanatda vurğuanıb.

Vəfa Şairova